26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert


Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert

12.06.2017 19:06
admin

İyunun 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbi konsert keçirib. Konsert görkəmli sənətkar Rəşid Behbudovun anım gününə həsr olunub.

Milli.Az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

İlk öncə məktəbin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında S.Ələsgərov "Rəqs-tokkata", Q.Qarayev "Fikirli", D.Şostakoviç "Lirik vals", V.Gillok "Flamenko", V.A.Motsart "Rondo", F.Mendelson "Skerso", V.Monti "Çardaş", C.Rossini "Oğru sağsağan" kimi Azərbaycan bəstəkarları ilə yanaşı dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin birləşmiş xor kollektivinin V.Yanq "Around the world", T.Quliyev "Dostluq" və "Neftçilər" mahnıları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930