23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olundu


Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olundu

12.06.2017 19:18
admin

Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, "Şöhrət" ordenli Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrda silsilə tədbirlər həyata keçirilib.

"Teatrımız tərəfindən böyük sənətkarımızın 85 illiyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanmışdı. Öncə teatr və kino tariximizdə özünəməxsus yeri olan unudulmaz akrtyorumuzun məzarını ziyarət etdik. Burada kollektivimizin əməkdaşları ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edirdi. Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söylədilər. Hacıbaba Bağırov Azərbaycan kino və teatr tarixində əbədi iz qoyan şəxsiyyətlərdən biridir. Xalqımız hər zaman onun xatirəsini ehtiramla yad edir", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib. 

Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Ə. Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını çatdırıb. "Musiqili Teatrın rəhbərliyi hər zaman bizə diqqətlə yanaşıb. Bu gün Şölənin fərdi sərgisinin təşkil olunması da teatr rəhbərliyinin təklifi və təşkilatçılığı ilə baş tutub. Hacıbaba Bağırovun xatirəsinə, sənətinə, ailəsi olaraq hər zaman bizə göstərdiyi diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm", - deyə A. Bağırova söyləyib.

Sonra Şölə Bağırova ilk fərdi sərgisinin lentini kəsib.

Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığı haqqında çıxış edib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив