xəbər toplayıcısı » Mədəniyyət » “CİNEMA” Mərkəzi yeni layihəyə start verdi
“CİNEMA” Mərkəzi yeni layihəyə start verdi

"Audiovizual məhsulların beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi "Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib.
Bunu ANN.Az-a açıqlamasında "CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib. O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir: "Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35- dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımi festivala göndərilməməsi dayanır.
Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.
Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.
Mənbə: www.ann.az
Loading...
-
Sapil Parfum Solid for men edt 100ml
46 AZN
-
Mont Blanc Presence D'une Femme edt L
59 AZN
-
Escada incredible me edp 75ml tester
75 AZN
-
Складной нож 2342
30 AZN
-
Roberto Cavalli Uomo edt
59 AZN
-
Christian Dior Miss Dior edp L
170 AZN
-
Intex 64412 (191х99х46)
146 AZN
-
Букет из 15 роз (V102)
115 AZN
-
David Yurman fresh essence edt 100 ML tester
120 AZN
-
Alexandre J Oscent Black 100mledp
280 AZN
Комментарии:
Azərbaycanlı aktyor: "Buna görə evdə problem olmuşdu"
Azərbaycanlı aktyorların özlərinə bənzər dublyorları - FOTO
ADGTT möhtəşəm idman yarışında qonaqları qəbul etməyə hazırdır...
"Həyat yoldaşım Allahın ən böyük hədiyyəsidir" -
"Rol olmayanda gic-gic statuslar yazıram" -
Dövlət Mahnı Teatrında "Arts Olimpia 2018" müsabiqəsi keçiriləcək
Üçüncü Buktreyler Festivalının qala gecəsinin vaxtı açıqlanıb
Amaliya Pənahovanın fotosuna gülənlər

24.04.2018 22:12

24.04.2018 22:02

24.04.2018 21:24

24.04.2018 19:12

24.04.2018 12:40

24.04.2018 00:04

24.04.2018 00:02

23.04.2018 23:40