xəbər toplayıcısı » Mədəniyyət » Fransada azərbaycanlı pianoçunun adına müsabiqə
Fransada azərbaycanlı pianoçunun adına müsabiqə

2017-ci mayın 15-dən 19-dək Fransa və İsveçrədə azərbaycanlı Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Festivalı keçiriləcək.
ANN.Az bu barədə Report-a istinadla xəbər verir.
Bildirilib ki, Festivalın final konsertlərindən biri mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində baş tutacaq.
Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən müsabiqəyə Azərbaycanın Fransa və İsveçrədəki Səfirliyi, ölkəmizin BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi, Fransadakı Azərbaycanın Dostları Assosiasiyası, Fransanın Mədəniyyət Nazirliyi və digər qurumlar dəstək göstərir.
İyirmi bir ildir Fransa və İsveçrədə keçirilən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Festivalı Avropada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, gənc musiqiçilərə təhsil imkanları yaradır. Belə ki, nüfuzlu musiqi yarışının qalibləri Doyçe qrammafon, Soni, Fransa radiosu, Nyu York Filarmoniyası, Karneqi Holl, Nyu Yorkun Linkoln Mərkəzi kimi təşkilatlardan təhsil təqaüdü qazanıblar. Onların arasında azərbaycanlı gənc musiqiçilər də olub.
Qeyd edək ki, 25 ildir Fransada yaşayan Azərbaycanın əməkdar artisti A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Pianoçu 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan çox kompakt-disk ərsəyə gətirib.
Mənbə: www.ann.az
Loading...
-
Sergio Tacchini Ozone edt M
44 AZN
-
Чашка Кролик
17 AZN
-
Salvatore F by Ferr pour homme Black edt M
45 AZN
-
Versace 2189
60 AZN
-
Tony Bellucci set T611-962
161 AZN
-
Rolex 16233 BW
50 AZN
-
комплект из серебра 08
57 AZN
-
Cartier pasha edt 100ml M tester
93 AZN
-
Elizabeth Arden 5th avenue edp L
47 AZN
-
Afnan Supremacy edp M 100ml
60 AZN
Комментарии:
Beynəlxalq Muğam Mərkəzində “Alı xan və Pəri xanım” dastanı - FOTO
Kann festivalı bu filmlə bağlanacaq
Həftə sonu Afaq Bəşirqızı ilə
Xalq artistindən qalmaqallı sözlər:
Nəğməkar bəstəkar - FOTO
Buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb - FOTO
Məşədi Cəmil Əmirovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək
"Yoldaşım dedi ki, ilim çıxan kimi evlən" - Əməkdar artist

19.04.2018 23:31

19.04.2018 21:46

19.04.2018 21:18

18.04.2018 10:50

18.04.2018 09:59

17.04.2018 22:31

17.04.2018 21:20

17.04.2018 15:31