15,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,73 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,3 AZN

описание


» » Xalça Muzeyində seminarlar keçiriləcək


Xalça Muzeyində seminarlar keçiriləcək

11.01.2017 13:33
admin

"Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah"

Yanvar ayının 25-27-si aralığı İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah" mövzusunda regional seminar keçiriləcək.

Seminarda aşağıda göstərilən məsələlər müzakirə olunacaq:
- Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi;
- Zərgərlik nümunələrinin bərpa və konservasiyası;
- Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı;
- Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması;
- Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi;
-İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər.

Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

İştirakçılar seminar ərzində Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik fondlarını, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini, "Rəsm" milli zərgərlik brendinin mağazasını ziyarət edəcəklər.

Seminar ərzində 25-27 yanvar saat 17:30-da Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası planlaşdırılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив