3,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,3 AZN

описание


» » İlham Mirzəyev danışdı: “...ömür boyu qayıtmayacağam”


İlham Mirzəyev danışdı: “...ömür boyu qayıtmayacağam”

10.01.2017 00:00
admin
Teleaparıcı İlham Mirzəyev Lent.az-a müsahibə verib.
- 2014-cü il aprelin 11-də həbsə düşdünüz, ötən il isə azadlığa çıxdınız.
- Vallah nə deyim? Belə bir çətinlik hamının başına gələ bilər. Heç kim deyə bilməz ki, nədənsə sığortalanıb. Bu da bir çətinlik idi, mən də düşdüm. Bu günümə şükürlər olsun.
- Televiziyada işlədiyiniz müddətdə bir çox sənətçilərlə dostluq etmisiniz, bəzilərinə də dəstək olmusunuz. Həbsdə olduğunuz zaman həmin şəxslər sizi axtardılarmı?
- Bəli, çoxları məni axtardı. Ailəmlə əlaqə saxlayanlar oldu. Hamısı yox, yarısı yanıma da gəldi. Əsasən müğənni Manaf Ağayev mənə və ailəmə dəstək oldu. Onun yaxşılığını ölsəm də unutmaram. Çünki mən həbsdə olduğum müddətdə hər bayramda mənim ailəmi, övladlarımı unutmayıb. Onun mənim üçün etdiklərini 100 il də qaytara bilmərəm. Manaf Ağayev mənə qardaşlıq etdi. Allah onun etdiyi yaxşılıqları qarşısına çıxarsın. Çox xoşbəxtəm ki, onun kimi dostum, qardaşım var.
- Gözünüzü yolda qoyan oldumu?
- Açıq deyirəm, mən içəridə olduğum dönəmdə yalnız ailəmi görmək istəyirdim. Çünki mənim az yaşım yoxdur. Həyat mənə o qədər ağrılı-acılı günlər çəkdirib ki, bu gün mənim çiynimdə həyatın qamçısının izi qalıb. Loru dildə desək, həyatda bişmiş adamam. O qədər yıxılmışam, durmuşam, yürümüşəm. Yəni bunları görə-görə gəlmişəm. Və mən bilirəm ki, insanın yaxşı günündə hamı yanında olur. Amma insanın dar günündə yalnız ailə onun yanında olur. Düşünürəm ki, dar günündə anaya, həyat yoldaşına və övladlarıma güvənmək lazımdı. Allah heç bir övladı atasız-anasız qoymasın. Çünki mənim övladlarım hələ kiçikdir. Oğlumun 13 yaşı tamam olub, 14-ə keçib. Qızımın isə 4 yaşı tamam olub, 5-ə keçib. Onlar bu gün ana və ata qayğısına həsrətdir. Amma həmin vaxtlarda məni axtaranlara da, axtarmayanlara da “çox sağ ol”umu bildirirəm.
- Həbs edilməyinizə pis olanlar da oldu, sevinənlər də...
- Mənim çətin günümə sevinənlərin də Allah köməyi olsun. O sevinənlərin də bir gün ağır günləri olacaq. Bu həyatdan hərə bir cür çəkir. Olacağa bir çarə yoxdur. Heç kim deməsin ki, kiminsə bədbəxtçiliyindən kam alıram. Şəxsən mən heç kimin pis gününə sevinməmişəm. Hər zaman hamının pis gününə pis olmuşam.
- Azadlığa çıxdığınız günü necə xatırlayırsınız?
- O gün mənim üçün unudulmaz və önəmli bir gün idi. Və mən sevinirdim. Sevinirdim ki, balalarıma qovuşuram. Hətta inana bilmirdim. Bir həbsə girdiyimə inana bilmirdim, bir də azadlığa çıxdığıma. Allah mənə o azadlıq sevincini daddırdı. Allah hamının bağlı qapısını açsın. Hər gün Allahıma şükürlər edirəm ki, çətin anlar geridə qaldı.
- Azadlıqdan məhrum edildiyiniz vaxt mətbuatda barənizdə bir çox yazılar dərc olundu...
- Yazmaq mətbuatın işidir. Amma əsassız yazanlar çox oldu. Bir yazı yazmamışdan öncə qarşı tərəfin də fikrini öyrənmək və yazmaq lazımdır. Amma məndə belə olmadı. Reytinqləri üçün bir çox şeylər yazdılar. Hətta bir dəfə yazdılar ki, “İlham Mirzəyev ölüb”. Oxuyub, dəhşətə gəlirdim ki, görəsən ölən mənəm?
- Həbsdə günlərinizi necə keçirirdiniz?
- Vaxtımı boşa verməmişəm. Həmin müddətdə gözəl bir kitab yazmışam. Həmin kitabı yaxın müddətdə təqdim edəcəm. Bu kitab yaşadığım anlardan, çəkdiyim əziyyətlərdən, həyatın mənə verdiyi ağrılı-acılı günlərindən bəhs edir. İnanıram ki, bu kitab bir çox insanların stolüstü kitabına çevriləcək.
- Məşhurluq sizə nə gətirib?
- Tanınmışlıq hər zaman axıra qədər insana şirinlik gətirmir. Məşhurluq elə bir şeydir ki, onu şirin şərbət kimi içirsən, bilmirsən ki, onun sonunda zəhər var, yoxsa yenə şirin olacaq. Artıq 3 ildir ki, efirdə yoxam, hələ də məşhuram. İstər mağazaya və digər yerlərə getdiyim zaman insanların xoş münasibəti, diqqəti ilə qarşılaşıram. Bu da mənə stimul verir. Elə insanlar var ki, bu gün də gündəmdədi. Amma inanmıram ki, onlar mənim qədər hörmətli olsun.
- Yenidən aparıcılığa qayıtmaq fikriniz varmı?
- Heç fikrim yoxdur. Düz 23 il televiziya sahəsində işləmişəm. İndi artıq zamanımı ailəmə, övladlarıma həsr etməyi düşünürəm. Bir də bilirsiniz ki, mən tədqiqatçı aliməm. Yəni bundan sona elmi fəaliyyətimlə məşğul olacam. Heç vaxt, ömür boyu aparıcılığa, mediaya sahəsinə qayıtmayacağam. Ömrümün 23 ilini bu sahəyə həsr etdim, bəs edər.

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив