15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » Rasim Balayev: "Məni Əhmədin oğlu kimi tanıyırlar" - VİDEO - FOTO


Rasim Balayev: "Məni Əhmədin oğlu kimi tanıyırlar" - VİDEO - FOTO

10.01.2017 14:39
admin

"İşlərim alınmırdı, məni teatra götürmədilər"

ARB TV-nin "Ömrün fəsilləri" verilişinə qonaq olan xalq artisti Rasim Balayev maraqlı açıqlamalar verib.

Sevilən aktyor atası ilə bağlı xatirələrini bölüşüb:

"Atamın tay-tuşlarının əksəriyyəti rəhmətə gedib. Mən artıq sevilirdim, məşhurlaşmışdım. Mənim filmlərimi anam gördü, amma atam - yox. Universiteti təzə bitirmişdim ki, atam rəhmətə getdi. Onun ünsiyyəti olan tanışları indi də məni görəndə Rasim Balayev kimi yox, Əhmədin oğlu kimi tanıyırlar. Və mən bununla fəxr edirəm. O, rayonda çox hörmətli adam idi. Çox yumşaq adam idi, yeri düşəndə isə ciddi görkəm alırdı. Hər gün bizim məktəbimizlə maraqlanırdı. Çox ailəcanlı idi".

Rasim Balayev "Nəsimi" filminə necə dəvət almasından və yaşadığı çətin günlərdən söz açıb: 

"Bu filmə qədər bir çox filmdə rol almaq üçün baş vurmuşdum. Amma heç birinə təsdiqlənməmişdim. O vaxt işlərim alınmırdı. Atam rəhmətə getdi. Teatra götürmədilər məni. Hətta qayıdıb rayona getməyi düşünürdüm. Yeni ailə qurmuşdum, ev yox, iş yox və belə bir anda xəstəxanadaydım. Müalicə alırdım. Mənə gəlib "Nəsimi" filmində oynamağı təklif etdilər. Mənə nağıl kimi göründü".

Videonu izləmək üçün şəklə klikləyin:

Rasim Balayev atasının ölümündən danışdı:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив