29,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Nə olubsa, ikisinin arasında olub” - Öldürülən qızın qohumu - VİDEO - FOTO


“Nə olubsa, ikisinin arasında olub” - Öldürülən qızın qohumu - VİDEO - FOTO

01.06.2018 18:24
admin

Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, silahlı şəxs Qılman Salahov küçəsi 13 ünvanında üzünə qapını açan 58 yaşlı Esmira Cəfərovanı və qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib. 

Güllə səsinə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib. 

Mərhumun qohumu: "Nə olubsa ikisinin arasında olub. Bu gün "həri"si verilib deyəsən. Sonra da götürüb tüfəngi güllələyib".

Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törətməkdə şübhəli bilinən  Sabir Qədirov keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930