26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakıda avtobusda qorxulu anlar - Xuliqan sərnişinləri tapança ilə hədələdi - FOTO


Bakıda avtobusda qorxulu anlar - Xuliqan sərnişinləri tapança ilə hədələdi - FOTO

23.05.2018 17:33
admin

Polis əməkdaşları istər xidmətdə olsun, istərsə də xidmətdən kənar vaxtda öz andına, məsləkinə, əqidəsinə sadiqdir. Elə indi tanış olacağınız bu hadisə də dediklərimizin daha bir təsdiqidir. 

Milli.Az xəbər verir ki, mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra metronun "Memar Əcəmi" stansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazılıqlarına səbəb olub.

Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.  

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi "Naqan" markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və  Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı.

Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.

Qeyd edək ki Coşqun Sadıqov polis ailəsində dünyaya göz açıb. Atası Firdus Sadıqov da uzun illər daxili işlər orqanlarında xidmət edib, asayişin, sabitliyin keşiyində durub. Hazırda təqaüddədir.

Coşqun həm də peşəkar idmançıdır. O, idmanın kikboksinq növü üzrə Avroasiya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibidir. 

Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsinin rəisi, polis polkovniki Xəqani Cəfərov bildirib ki, C.Sadıqov 2013-cü ildən DİO-da xidmət edib, bu müddət ərzində bir neçə dəfə mükafatlara layiq görülüb, verilən tapşırıqları vaxtında yerinə yetirib, silahla davranış qaydalarını mükəmməl bilir, geyim formasının daşıma qaydalarına ciddi riayət edir.

Pünhan Mirzə

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *