29,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakıda "qeyrətli" oğru peyda oldu -


Bakıda "qeyrətli" oğru peyda oldu -

23.05.2018 18:22
admin

Bakıda quldurluq edən şəxslər tutulub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd telefonunu əlindən alıblar.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.

Akif Cavadov (saxlanılan şəxs): "Demişəm ki, pulun var üstündə? Deyib ki, yox. Demişəm telefonu ver. Dedim nömrəni çıxart, ailə şəkillərini poz, ver".

Vasib Rzayev (saxlanılan şəxs): "Qəbiristanlığa çatanda, dedim ki, maşını söndür. Dedik, bizi düz başa düş bizə pul lazımdı. Telefonun götürüb çıxdıq".

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar. Növbəti əməliyyatla Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.

Mirzə Mirzəyev (saxlanılan şəxs): "Telefonu gətirib verdilər mənə, qəbul etdim. Telefonun kodu var idi, o da 25 manat edirdi. Dedim ki, sizə heç nə düşmür".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsindəCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930