20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı


Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

09.05.2018 17:23
admin

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini olan piyadanın həmin gün saat 20 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031