14,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanıldı


Taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanıldı

09.05.2018 17:55
admin

Taksi sürücülərinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mayın 7-də DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin onları bıçaqla hədələyərək pullarını almaları barədə məlumat veriblər.

Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 3-də Mehdiabad qəsəbəsi ərazisində N.İsmayılovun "TOFAŞ" markalı avtomobili ilə sərnişin qismində Binəqədi qəsəbəsinə gedəcəyini bildirən şəxsin qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək 200 manatını alması, həmin gün "Mercedes" markalı avtomobilin sürücüsü Q.Xudayevin sərnişininin də analoji üsulla onun 90 manat pulunu alması məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən "isti izlər"lə saxlanılıb. Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Qələndərov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031