17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Silsilə oğurluqlar edən qohumlar saxlanıldı


Silsilə oğurluqlar edən qohumlar saxlanıldı

07.05.2018 21:50
admin

Qəbələ rayon sakini Tərlan Yusifov RPŞ-yə ərizə ilə müraciət edərək Zarağan kəndində yerləşən ona məxsus mağazadan ümumi dəyəri 300 manat olan müxtəlif əşyaların oğurlanması barədə məlumat verib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə məlumatla əlaqədar Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qohumlar rayonun Soltannuxa kənd sakinləri Bəxtiyar və Rizvan Süleymanov, eləcə də əvvəllər də məhkum olunmuş Maxsud Süleymanov saxlanılıblar.

Araşdırmalar nəticəsində onların digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslər may ayının 4-də gecə saatlarında Elçin Ədilova məxsus rayonun Zarağan kəndində yerləşən mağazadan pul, tütün məmulatları, müxtəlif enerji içkiləri və digər əşyaların, eləcə də həmin gün eyni kənddə Mənsur Davudova məxsus anbarın qapısını sındıraraq qanunsuz şəkildə ora daxil olduqları və oğurluğa cəhd etdikləri müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031