13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » 2 ay öncə itkin düşmüş şəxsin meyiti tapıldı


2 ay öncə itkin düşmüş şəxsin meyiti tapıldı

05.05.2018 19:18
admin

Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 49 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyiti tapılıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib. 

1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığını  etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyit hazırda ekskumasiya olunur.

Qeyd edək ki, M.Babayev itkin düşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir. 

Meyit ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *