22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Ağrılarıma görə çəkirdim" - Narkotiki paltaryuyan maşında gizlədən şəxs - VİDEO - FOTO


"Ağrılarıma görə çəkirdim" - Narkotiki paltaryuyan maşında gizlədən şəxs - VİDEO - FOTO

23.04.2018 18:25
admin

İsmayıllıda narkotik vasitələtinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, o, narkotiki gizlətdiyi yerin heç kimin aglına gəlməyəcəyini düşünüb. Amma bu polisin gözündən yayınmayıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb.

Hikmət Abdurrəhmanov (saxlanılan şəxs): "Meşədən tapmışam. Özüm istifadə edirdim. Bədənimdə ağrılar olduğu üçün çəkirdim ki, sakitləşim. Peşmanam".

Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan paltaryuyan maşının içərisindən ümumi çəkisi 662 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *