30,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Mənim maşınıma dəyib, digərinin üstünə aşdı" -


"Mənim maşınıma dəyib, digərinin üstünə aşdı" -

13.03.2018 13:14
admin

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, avtoqəza Ələt-Astara magistral yolunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb.

Gərmətürk qəsəbəsindən əsas yola çıxan və Ruslan Ağayevin idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan və Elvar Mikayılzadənin idarə etdiyi eyni markalı digər avtomobilə çırpılıb.

Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan Şöhrət Məmmədova məxsus "VAZ 2107" və Orxan Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomaşınlara dəyib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Nəticədə 3 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şöhrət Məmmədov - "VAZ 2107"nin sürücüsü: "Gördüm ki, ağ "Mazda" gəlib qara maşının qarşısına keçdi. Qara maşın gəlib ağ "Mazda"nı vurdu. Gəlib dəydi mənim maşınıma, daha sonra da digər maşının üzərinə aşdı".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *