28,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » "6 nəfərə eyni hərəkəti etmişəm" - "İPhone" oğrusu - VİDEO


"6 nəfərə eyni hərəkəti etmişəm" - "İPhone" oğrusu - VİDEO

03.02.2018 18:35
admin

Bakıda vətəndaşların qiymətli mobil telefonlarını mənimsəyən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus "İPhone 8" markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib.

Bundan sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib. Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.

Əliyusif İsmayılov - Zərərçəkən şəxs: "İki günün telefonu idi. Zəng vurdu ki, Sumqayıtda qalıram, gəl Nərimanovda görüşək. 1100 manata danışdım qiymətini. Dedi ki, yolum uzaqdır Sabunçuya gələ bilməyəcəm. Getdim Nərimanova. Yoldaşım yaxınlıqdakı marketdə işləyir dedi. Gedək ona göstərim. Mən də bilmədim həmin marketin arxa qapısı var. Qabaq qapıdan girdi, arxa qapıdan qaçdı. Girdim marketə. Qızlar soruşdu nə baş verir? Dedim ki, telefonum getdi, "İPhone 8"".

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus "İPhone 7", "İPhone 8" və "İPhone X" kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. A.Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Altay Ağamalıyev - Saxlanılan şəxs: "Elanlardan nömrələr götürüb, telefon sahibləri ilə danışıb telefonu aldadıb almışam, pulunu verməmişəm. 6 nəfərə eyni hərəkəti etmişəm. Marketə görsətmək adı ilə girirdim. Qabaq qapıdan girib arxa qapıdan çıxırdım".

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031