29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Qaxdan "əziyyətlə" yığıb Bakıya satmağa gətirirmiş - Polislər işə "haram" qatdılar - FOTO


Qaxdan "əziyyətlə" yığıb Bakıya satmağa gətirirmiş - Polislər işə "haram" qatdılar - FOTO

03.02.2018 12:15
admin

Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq Bakıya gətirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilən əməliyyat nəticəsində Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan idman çantasının içərisində külli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      
 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031