22,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Keçmiş məhkum yenə saxlanıldı - VİDEO - FOTO


Keçmiş məhkum yenə saxlanıldı - VİDEO - FOTO

01.02.2018 16:32
admin

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hacıyev saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla  xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman 0,159 qram çəkidə güclü psixotrop təsirə malik narkotik vasitə olan "Metamfetamin" aşkar edilib.

Səbuhi Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılıb. Amma məhkəmənin qərarı ilə onun barəsində alternativ qətimkan tədbirlərindən biri seçilərək azadlığa buraxılıb.

Səbuhi Hacıyev - Saxlanılan şəxs: "Tanımadığım şəxsdən almışdım. 15-20 gün qabaq saxlamışdılar., amma məhkəmə tutmadı, buraxdılar".

Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı isə 8 qram "Metamfetamin" aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Rəşad Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra Rəşad Məmmədov narkotik vasitənin pulunu ona pay-point vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *