5,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,25 AZN

описание


» » Yaşlılara qənim kəsilən cinayətkar tutuldu - VİDEO - FOTO


Yaşlılara qənim kəsilən cinayətkar tutuldu - VİDEO - FOTO

30.12.2017 15:18
admin

Qubada təqaüdçülərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, dekabrın 26-da Quba rayonunun Yuxarı-Tülər kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də təqaüdünü almaq üçün bankomata yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.

Evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayonunun Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.

İsmət Şahbazov (saxlanılan şəxs) : "Bir xanım gəldi kömək istədi. Pulu çıxardım, 170 manatı aldım qoydum cibimə. Daha bir xanımın 500 manat pulunu çıxardım".

Videonu izləmək üçün şəklə klikləyin:
Yaşlılara qənim kəsilən cinayətkar tutuldu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930