19,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bakıdan Şirvana oğurluğa gələn şəxs saxlanıldı


Bakıdan Şirvana oğurluğa gələn şəxs saxlanıldı

29.12.2017 19:56
admin

Bakıdan Şirvana oğurluğa gələn Naxçıvan sakini saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünən gecə saatlarında Şirvan ŞPŞ-nin Narkomaniya ilə Mübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Araşdırma zamanı həmin şəxsin Naxçıvan MR-sı Şərur rayonu Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 15 il azadlıqdan məhrum edilmiş, 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib. Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış masqa, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı həmin şəxs dünən gecə saatlarında Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.

Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlər varsa, onların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031