6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Dedim pul qalsın, telefonunu çıxart" - Keçmiş məhkum - VİDEO - FOTO


"Dedim pul qalsın, telefonunu çıxart" - Keçmiş məhkum - VİDEO - FOTO

05.12.2017 19:02
admin

Paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib və mobil telefonunu əlindən alıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Cinayəti törədən əvvəllər də məhkumluq həyatı yaşayan Seymur Osmanov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə təhvil verilib. Onun quldurluq yolu ilə etdiyi mobil telefon və hadisə zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Seymur Osmanov - Saxlanılan şəxs: "Binanın həyətinə çəkib dalaşdım. Üstündəki pulu çıxartdı. Dedim ki, pul qalsın, telefon çıxart. Elə oradan da mühafizə keçəndə başladı qışqırmağa. Qaçdım oradan. Bıçağı da blokda gizlətdim. Gəlib 5-ci mərtəbədə tutdular".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polislər quldurluq etməkdə şübhəli bilinən şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031