4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Qolumda öldü" - Gədəbəydə bıçaqlanan gəncin ailəsi danışdı - VİDEO - FOTO


"Qolumda öldü" - Gədəbəydə bıçaqlanan gəncin ailəsi danışdı - VİDEO - FOTO

18.11.2017 12:50
admin

Gədəbəydə gənclərin mübahisəsi qanlı sonluqla nəticələnib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qanlı olay Gədəbəy rayonunun Söyüdlü kəndində baş verib.

33 yaşlı Rəşad Süleymanov həmkəndlisi 27 yaşlı İbrahim Həsənəliyevi bıçaqlayıb. Sonuncu yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nəcəf Həsənəliyev - Mərhumun atası: "Qonşunun maşını ilə aparanda qarşımıza təcili yardım çıxdı. Təcili yardımda bir iynə vurdular, xəstəxanaya apardıq. Xəstəxanada dedilər buna xeyri yoxdur, bunun şah damarı üzülüb. Heç nə, qolumda öldü".

İbrahim Həsənəliyevin anası Ceyran Həsənəliyevanın sözlərinə görə, oğlu hadisədən bir qədər əvvəl onunla telefon əlaqəsi yaradıb. Kəndin mərkəzində həmkəndliləri olduğunu deyən İbrahim bir azdan evə gələcəyini bildirib, ancaq bir neçə dəqiqə sonra ana oğlunun bıçaqlandığını eşidib.

Ceyran Həsənəliyeva - Mərhumun anası: "Telefonla mənimlə danışan vaxtı vurub. Anidən vurub özü də, ölümcül yerindən vurub. Bu biləndir, damarına vurub. Birini də ürəyinə vurub, amma deyirlər 3-4 dəfə vurulub. Özü də ictimai yerdə vurub".

Hadisədən sonra polis və prokurorluq əməkdaşları cinayət törədilən əraziyə gəliblər. Zəruri istintaq hərəkətləri aparılıb, şahid ifadələri alınıb. Cinayəti törədən Rəşad Süleymanov saxlanılaraq istintaqa təqdim olunub.

Qətlə yetirilən İbrahim Həsənəliyev ailəlidir. İki övladı var. Qətlin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031