4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb


Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb

09.11.2017 15:34
admin

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbləri bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyən edilib.

Həmin əraziyə baxış zamanı oradan narkotik tərkibli "T-DOL-200" adlı 10.000 ədəd həb aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *