4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə də baş həkim ifadə verdi


3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə də baş həkim ifadə verdi

08.11.2017 17:10
admin

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində "Real" Tibb Mərkəzinin baş həkimi Vidadi Əzizov ifadə verib.

Baş həkim ifadəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb: "Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur. Uşaq əməliyyatdan normal çıxıb və əməliyyatdan sonra ayılıb. Uşağın huşu üstündə olub. Xəstə sonradan yemək yeyərkən halı pisləşib və dünyasını dəyişib".

İş üzrə növbəti proses noyabrın 15-nə təyin edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib

Milli.Az 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *