9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Tanınmış azərbaycanlı prodüser İraq ziyarətində vəfat etdi - YENİLƏNİB - FOTO


Tanınmış azərbaycanlı prodüser İraq ziyarətində vəfat etdi - YENİLƏNİB - FOTO

06.11.2017 14:58
admin

14:58

İraqın Nəcəf şəhərinə Ərbəin ziyarətinə gedən azərbaycanlı zəvvarlardan daha bir nəfəri dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlunun ötən gün ziyarət zamanı qəflətən halı pisləşib və o, ürəktutmadan vəfat edib.

Ailə üzvlərinin razılığı ilə mərhum ötən gecə azərbaycanlı zəvvarların müşayiəti ilə dünyanın ən böyük qəbiristanlığı hesab edilən Nəcəf şəhərinin Vadi-əs-Salam məzarlığında dəfn edilib.
 
Göyçayda tanınan şəxs olan Fikrət Ağakişiyev Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıb.
 
Qeyd edək ki, İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev də noyabrın 4-də dünyasını dəyişib.

----------

11:10

İraqda azərbaycanlı zəvvar dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Fikrət Abdulxaliq oğlu Ağakişiyev İraqın Nəcəf şəhərində ürəktutmadan dünyasını dəyişib. 

Azərbaycanlı zəvvar bu gün Nəcəf şəhərində Vaqi-salam qəbiristanlığında dəfn edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *