4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Fikrimiz var idi ki, maşını qoyaq yerinə" - Avtomobil qaçıran şəxslər - VİDEO - FOTO


"Fikrimiz var idi ki, maşını qoyaq yerinə" - Avtomobil qaçıran şəxslər - VİDEO - FOTO

02.11.2017 16:42
admin

Bir neçə gün əvvəl Səbail rayonunda "Toyota Land Cruiser" markalı avtomobili qaçıran şəxslər saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.

Rəfael Əzimov - Saxlanılan şəxs: "Elxan açarı götürüb bizim yanımıza gəldi. Dedi ki, kim maşın sürə bilir? Dedim ki, mən. Oturduq maşına sürdük. İstədik Badamdara qalxaq, oradan yol tapa bilmədik. Fikrimiz var idi ki, maşını qoyaq yerinə".

Rəfael Əzimov bir müddət əvvəl analoji cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda yenidən avtomobil qaçırdığına görə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *