4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Oğuzda çaqqallar insanlara hücum etdi -


Oğuzda çaqqallar insanlara hücum etdi -

02.11.2017 16:57
admin

Oğuz rayonunda çaqqal insanlara hücum edib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə zamanı vəhşi heyvan 3 nəfəri yaralayıb.

Yaşadıqları həyətyanı sahəyə soxulan heyvan həyətdə söhbət edən qadınlardan biri - 33 yaşlı Aynur İbrahimovanı qol və ayağından yaralayıb.

Həyətdəkilərin qışqırıq səsini eşidənlər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib.

Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.

Sakinlər son vaxtlar kənddə çaqqal və canavar hücumlarının sayını artdığını bildiriblər.

Aynur İbrahimova - Zərərçəkən: "Söhbət edərkən gəldi tutdu. Birinci ayağımdan sonra da qolumdan yapışdı".

Xəyalə Müzəffərova - Sakin: "Biz qışqırdıq, daş atdıq buraxmadı. Ayağından buraxdı, qolundan yapışdı. Uşaq daş atandan sonra buraxdı".

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğuzda çaqqallar insanları parçaladı

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *