4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Lerikdə mal-qaranın bir-bir yoxa çıxmasının səbəbi bəlli oldu


Lerikdə mal-qaranın bir-bir yoxa çıxmasının səbəbi bəlli oldu

02.11.2017 10:56
admin

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara məxsus mal-qaranı oğurlayıb satmaqla məşğul olan dəstəni saxlayıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lerik rayon sakini Məhərrəməli Talıbov rayon polis şöbəsinə müraciət edərək 1 baş inəyinin otlaq sahəsindən oğurlandığını bildirib. Daha sonra isə rayon sakini Hidayət Zahidov 2 baş, Tərlan Qəribov isə 1 baş inəyinin naməlum şəraitdə itməsi barədə məlumat veriblər.

Aparılan əməliyyat-axtrarış tədbirləri nəticəsində polis vətəndaşlara məxsus mal-qaranı otlaq sahələrindən oğurlayan dəstəni saxlayıb. Onlar Lerik rayon sakinləri Nail Nəsirov, Elvin Hüseynzadə, Nazim Nəsirov və onun qardaşı Razim Nəsirovdur. Dəstə üzvlərindən üçü - Nail Nəsirov, Nazim Nəsirov və Elvin Hüseynzadə saxlanılaraq barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, dəstə üzvləri ayrı-ayrı vaxtlarda otlaq sahələrində nəzarətsiz qalan inəkləri oğurlayaraq öz heyvanları adı altında satıblar. Belə ki, oğurlanan inəklər Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gətirilərək burada ayrı-ayrı şəxslərə satılıb.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *