4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Azərenerji"nin kabellərini oğurlayan cinayətkar qrup ifşa olundu


"Azərenerji"nin kabellərini oğurlayan cinayətkar qrup ifşa olundu

01.11.2017 16:48
admin

Cari il sentyabrın 12-nə keçən gecə Salyan rayonunun Qardılı kəndi ərazisində "Azərenerji" ASC-yə məxsus 500 metr mis naqilin kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Oktyabrın 31-nə keçən gecə isə rayonun Şəkərli kəndinin ərazisindən keçən, Salyan və Ələt yarımstansiyalarını qidalandıran sistemin işlək vəziyyətdə olan elektrik xəttinin 250 metrlik hissəsinin kəsilərək oğurlanması barədə daha bir fakt aşkarlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hər iki cinayətin açılması istiqamətində DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və  Salyan  Rayon Polis Şöbəsinin əməkdaşları  birgə tədbirlər keçiriblər. Əldə olunmuş əməliyyat məlumatı əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Yenikənd kənd sakinləri Vahid Ataşov və Eldar Babayev olduqları məlum olub.

Ətraflarında aparılan tədbirlərlə onların hər iki oğurluğu digər 2 nəfərlə birgə qrup halında törətdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə rayon sakinləri olan Elşad Babayev və Tahir Quliyev də saxlanılıblar.

Oğurlanmış kabelin bir hissəsi polis əməkdaşları tərəfindən Elşad Babayevin həyətindən aşkar olunaraq maddi sübut kimi götürülüb.  

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *