4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Həbsxana həyatı onlara ibrət dərsi olmadı...


Həbsxana həyatı onlara ibrət dərsi olmadı...

01.11.2017 16:56
admin

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun "KamAZ" markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 

Xaçmazda isə yerli sakin 27.10.2017-ci il tarixdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, Xudat şəhəri Şollar kəndində ona məxsus mənzildən oğurluq edildiyini bildirib. Şikayətçi ərizəsində qeyd edib ki, ona məlum olmayan tarixdə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri 30.000 (otuz min) manat olan qızıl-zinət əşyaları oğrulanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, dərhal keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni həmkəndlisi olan Qafarzadə Seymur tərəfindən torədildiyi məlum olub. Polis əməkdaşları tərəfindən tutularaq Rayon Polis Şöbəsinə gətirilən S.Qafarzadə hadisəni törətdiyini etiraf edib, oğurlanan qızıl-zinət əşyalar maddi sübut kimi ondan götürülüb.


Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır. 

Pünhan Mirzə

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *