4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Qoca"nı qaçıran Günay kimdir?


"Qoca"nı qaçıran Günay kimdir?

31.10.2017 20:38
admin

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.

Milli.Az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq "Qoca"nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın "Qoca"nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda "Qoca"nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: "Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb".

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq "Qoca"nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *