4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Ağcabədidə "zapravka" partladı: 1 nəfər öldü - VİDEO - FOTO


Ağcabədidə "zapravka" partladı: 1 nəfər öldü - VİDEO - FOTO

31.10.2017 16:44
admin

Ağcabədi rayonu Boyat kəndi ərazisindəki, maye yanacaq doldurma məntəqəsində  baş verən partlayış zamanı bir nəfərin öldüyü, bir nəfərin yaralandığı deyilir.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, yerli sakinlərin ehtimalına görə, yanacaq doldurma məntəqəsindəki partlayış, maye yanacağı çənə boşaldarkən baş verib.

Baş verən partlayışın səsi sakinləri də narahat edib.

Qafar Boyatlı - Hadisə şahidi: "Kənddə oturmuşduq, birdən partlayış oldu. Daha biz öyrənmişik də, elə bildik ki, raket düşdü. Sonra qaçdıq hamımız yola, gördük ki, "zapravka" partlayıb".

Sakin: "Səs-küyə çıxdıq bura, yanğın göründü, birinci, səsdən sonra yanğın göründü. Gəldik ki, camaat yığışıb bura. Baxdıq ki, "zapravka" partlayıb. Xəsarət alanlar var, Allah yiyəsinə rəhmət eləsin. Xəstəxanaya qaçırdıblar. Mümkün olmayıb. Bir nəfərdə xəsarət alıb".

Sakinlərin sözlərinə görə, güclü partlayışın təsirindən yaxınlıqdakı tikililər də ziyan görüb.

Zaprvakada baş verən partlayış əraziyə yaxın evlərin divarlarında çatlar əmələ gətirib. Yaxınlıqda olan bir neçə ev qəzalı vəziyyətdədir.

"Gəldim bura evə zada baxdım, gördüm şüşə bu abırdadır. İçəridə çatlara baxdım".

Partlayışdan sonra çəndən qopan böyük bir hissə kəndin 3 yüz metrlik məsafəsində yaşayış evlərinin yanına düşüb. Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Ağcabədidə

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *