8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Masallıda güclü külək bir sıra fəsadlar törədib - FOTO


Masallıda güclü külək bir sıra fəsadlar törədib - FOTO

31.10.2017 08:53
admin

Masallıda rayonunda günün ikinci yarısından başlayan güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Masallı rayon Təklə tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçaraq yarasız hala düşüb. Yeni Zuvand kənd orta məktəbində də analoji hadisə baş verib.
 
Masallı rayonu ərazisində 10-dan artıq iri gövdəli ağac kökündən qoparaq yol üzərinə aşıb. Masallının Ərkivan qəsəbəsində Azər Novruzova məxsus ikimərtəbəli yaşayış evinin üzərinə irigövdəli ağac aşıb. Nəticədə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib.
 
Külək rayonun rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik dirəklərinin aşması nəticəsində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Masallı rayon Memarlıq və Tikinti şöbəsinin müdiri  Abbas Mikayılovdan sözlərinə görə, hazırda rayona dəymiş ziyanın miqdarı hesablanır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *