4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Mühafizəçini bıçaqla hədələdi, mis kabel oğurlayıb qaçdı


Mühafizəçini bıçaqla hədələdi, mis kabel oğurlayıb qaçdı

30.10.2017 16:37
admin

Kabel və mis oğruları tutuldular.

DİN-dən Milli.Az-a verilən məlumata görə, oktyabrın 28-də naməlum şəxsin Yasamal rayonu ərazisindəki MTK-lardan birindən naqil oğurlaması, bu zaman onu saxlamağa cəhd göstərərkən mühafizəçini bıçaqla hədələyərək hadisə yerindən qaçması barədə, həmçinin, tikintisi başa çatmamış daha bir binadan kabel oğurluğu barədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların  paytaxt sakini Həmid Ələkbərov və Sarıstan Özbəkzadə olduqları, dəfələrlə həmin kompleksdən və tikintisi başa çatmamış binadan oğurluq etdikləri məlum olub.

MTK-dan 5 kiloqram, tikintisi başa çatmamış binadan isə 2000 metr mis naqil oğurladıqlarını etiraf edən H.Ələkbərov və S.Özbəkzadə onları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən maddi sübutlar əlvan metal qəbulu məntəqələrindən götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *