9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » İsmayıllıda ferma yandı: 10 min quş tələf oldu - VİDEO - FOTO


İsmayıllıda ferma yandı: 10 min quş tələf oldu - VİDEO - FOTO

30.10.2017 17:18
admin

İsmayıllının Ağahüseyn Aslanov küçəsində rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus sahəsi 450 kvadratmetr olan quşçuluq ferması yanıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermanın ərazidəki yanar konstruksiyalar tamamilə yanıb. Eləcədə 10 000 baş cücə və toyuq yanaraq tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün fermadan quşları çıxarmaq mümkün olmayıb. Sahibkarın sözlərinə görə yanğın nəticəsində ona 100 min manata yaxın ziyan dəyib. Hadisənin baş vermə səbəbi isə hələlik məlum deyil.

Azər Abdullayev - Ferma sahibi: "Saat 8-də çıxdım çölə çay içməyə. Çölə çıxdım. Gördüm ki, od hərtərəfli yanır. Aşağı hissəyə keçdim gördüm ki, "patalok" öz başıma tökülür, çıxdım".

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İsmayıllıda ferma yanıb, 10 min quş tələf olub - 100 minik ziyan

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *