19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Bakı metrosundakı dəhşətli intiharın DETALLARI:


Bakı metrosundakı dəhşətli intiharın DETALLARI:

19.06.2017 21:32
admin

Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində - metrostansiyanın yaxınlığında yaşadığı məlum olub.

Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırmış. Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın həm ahıl kişinin məişət qayğılarını həll edirmiş, həm də onun evdən uzaqlaşmamasına nəzarət edirmiş. Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.
 
Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930