23,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,29 AZN

описание


» » Özünü şübhəli apardı - Yarım kilodan artıq heroinlə tutuldu


Özünü şübhəli apardı - Yarım kilodan artıq heroinlə tutuldu

14.06.2017 18:45
admin

Sumqayıt polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

DİN-nin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.

Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman cibindən polietilenə qablaşdırılmış gümüşü rəngli siqaret kağızında 2 bükülü və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülüb.   

Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.

Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram narkotik vasitə olan heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkar edilərək götürülüb.

E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istitintaq hərəkətləri davam etdirilir. 

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив