-1,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,3 AZN

описание


» » Lənkəranda bacısını öldürən niyə sərbəst buraxıldı?


Lənkəranda bacısını öldürən niyə sərbəst buraxıldı?

11.01.2017 00:00
admin
Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qızın öldürülməsində şübhəli bilinərək saxlanılan qardaşı Fuad Ağayev isə meyit tapılanadək ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. O, bu müddət ərzində polis nəzarətində olacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.
F.Ağayev daha sonra ifadəsində meyitin qalıqlarını dənizə atdığını deyib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031