14,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,3 AZN

описание


» » Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi


Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi

08.01.2017 16:39
admin

Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib.

24 yaşlı Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.

Kənd sakinləri mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc ziyarətində olduğunu deyiblər.

Bu arada qətl hadisəsinin təfərrüatları da məlum olub. Qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən işə gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.

Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.

lent.az

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив