10,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » ""Şahdəniz-2"nin işə salınması Xəzər regionu üçün vacib səhifədir"


""Şahdəniz-2"nin işə salınması Xəzər regionu üçün vacib səhifədir"

02.07.2018 17:19
admin

"Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işə salınması təkcə Azərbaycan və BP-nin rəhbərlik etdiyi konsorsium üçün yox, həm də bütün Xəzər regionu üçün vacib səhifədir.

Milli.Az bildirir ki, bunu Trend-ə "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu üzrə baş təhlilçisi Eşli Şerman deyib.

E.Şerman qeyd edib ki, bu layihə cədvələ uyğun və büdcə çərçivəsində reallaşdırılan kompleks meqalayihədir:

""Şahdəniz-2"-nin işə salınması "Cənub Qaz Dəhlizi" çərçivəsində Xəzər dənizindən Türkiyə vasitəsilə İtaliyaya tədarük zəncirinin təməl daşıdır. Bundan başqa, qarşıda "Cənub Qaz Dəhlizi"nin vacib mərhələləri var: 2019-cu ildə Transadriatik boru kəmərinin (TAP) tikintisinin başa çatdırılması və 2020-ci ildə "Şahdəniz" yatağından Avropaya 10 milyard kubmetr qazın tədarükünün başlanması".

Ekspert əlavə edib ki, bu, Azərbaycan neft-qaz sektoru üçün - 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi üzrə müqavilənin uzadılmasından 2018-ci ildə BP və "Equinor"la müqavilələrin bağlanmasınadək - müsbət dövrün davamıdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *