5,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycan və Vyetnam birgə İKT şirkətləri yarada bilə


Azərbaycan və Vyetnam birgə İKT şirkətləri yarada bilə

30.06.2018 22:53
admin

Azərbaycan və Vyetnam özəl informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətləri arasında ikitərəfli əməkdaşlığın təşviq olunması barədə razılıq əldə edib.

Bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, söhbət əsasən qarşılıqlı investisiyaların artırılması və bu sahədə birgə şirkətlərin yaradılmasından gedir:

"Bundan başqa tərəflər birgə biznes forumlar təşkil etmək, hər iki ölkənin ərazilərində təşkil edilən İKT tədbirlərində qarşılıqlı iştirak etmək, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və Dünya Poçt İttifaqı kimi beynəlxalq təşkilatlar çərçivəsində İKT sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər".

Mənbə həmçinin bildirib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla əlaqədar olaraq 2015-ci il 14 may tarixli "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Vyetnam Respublikası Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu"nun icrasının təmin olunması üzrə birgə işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31