5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası başa çatıb - FOTO


Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası başa çatıb - FOTO

30.06.2018 22:31
admin

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib.

Bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib. Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanonisə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.

Sevindirici haldır ki, Azərbaycan Respublikası 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası zamanı Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olub və Azərbaycan haqqında xüsusi videoçarx nümayiş etdirilib.

Bununla da sessiya öz işini yekunlaşdırıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31