Maliyyə naziri 2018-il dövlət büdcəsində gəlir və xərclərin dəyişdirilməsinin SƏBƏBLƏRİNİ açıqladı

2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin təkrar nəzərdən keçirilməsi ölkənin müdafiəqabiliyyətliliyini və təhlükəsizliyini artırmaq, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi cəhdləri ilə bağlıdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 1 983 milyon manat artırılaraq (9,9 faiz) 22 110 milyon manatadək, xərclərinin 2 014 milyon manat artırılaraq (9,6 faiz) 23 061 milyon manatadək yüksəldilməsi planlaşdırılır. Dövlət büdcəsinin kəsiri 951 milyon manat (31 milyon manat artım) təşkil edəcək ki, bu da 2018-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.
Bu il üçün icmal büdcəyə edilən düzəlişlərə əsasən, gəlirlər 28 086,8 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş rəqəmdən 3 981,1 milyon manat və ya 16,5 faiz çoxdur. İcmal büdcənin xərcləri üzrə proqnoz 26 537 milyon manat təşkil edir. Bu isə təsdiq olunmuş rəqəmdən 1 600,2 milyon manat və ya 6,4 faiz çoxdur.
Proqnozlara əsasən, icmal büdcənin təsdiq olunmuş 831 milyon manatlıq kəsiri 1 549,8 milyon manat həcmində profisitlə əvəz olunacaq.
Milli.Az
Mənbə: milli.az
-
Intex 56483
125 AZN
-
Paco Rabanne Ultraviolet man edt M
81 AZN
-
Intex 57489
130 AZN
-
Davidoff Horizon edt
80 AZN
-
Acqua di Sardegna Maijda Home 50 edp
95 AZN
-
Yves de Sistelle Passion Secrete edp 100ml
61 AZN
-
Swarovski 120614
55 AZN
-
Chopard 2249
55 AZN
-
Intex 58484
116 AZN
-
Брелок Honda 1596 blue
14 AZN








« Февраль 2019 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 |