6,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Qida sahəsində pozuntular barədə vaxtında məlumat vermək mümkün olacaq


Qida sahəsində pozuntular barədə vaxtında məlumat vermək mümkün olacaq

29.06.2018 15:30
admin

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu proqram ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilir:

"Artıq may ayında keçirilən tədbirdə biz onu nümayiş etdirdik. 7 il müddətinə qida təhlükəsizliyinə dövlət nəzarəti istiqamətində layihə hazırlanıb. Dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz təhlükəsiz qida olsun".

Q.Təhməzli qeyd edib ki, mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusu halı ilə rastlaşarsa, bu barədə Agentliyə dərhal məlumat verə biləcəklər:

"Video və ya foto çəkib göndərdikləri zaman biz məsələni araşdırdıqdan sonra müvafiq tədbirlər görüləcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31