5,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Səfər Mehdiyev Türkiyənin Gömrük və Ticarət naziri ilə görüşüb - FOTO


Səfər Mehdiyev Türkiyənin Gömrük və Ticarət naziri ilə görüşüb - FOTO

29.06.2018 00:02
admin

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

DGK Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, nümayəndə heyəti iyunun 28-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasına qatılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk olaraq Ankara şəhərində Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi ilə görüşüb. Görüşdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Azərbaycan nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və xüsusilə də gömrük işi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin dinamik inkişaf etdiyi vurğulanıb.

Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verildiyi, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Bülent Tüfekçi qeyd edib ki, qədim İpək Yolunun yenidən canlandırılması, ölkələrimizin işbirliyi dünyaya nümunədir. Bu qədim yol iki dövlətin həm ticari, həm də iqtisadi baxımdan daha da yüksəlməsinə səbəb olacaq. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru xətti və son olaraq da TANAP kimi irimiqyaslı layihələr reallaşdırılıb.

Ümumdünya Gömrük Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi çoxtərəfli platformalarda Azərbaycanın dəstəyini hər zaman hiss etdiklərini söyləyən Bülent Tüfekçi Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığı hər şeydən öncə dostluq və qardaşlıq nümunəsi adlandırıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilk olaraq Türkiyə Respublikasında növbədənkənar prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, qardaş ölkənin xalqına daha yüksək inkişaf və firavanlıq arzulayıb. Vurğulanıb ki, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinin bəlli olması zamanı ilk təbriki Azərbaycan dövlət başçısının səsləndirməsi ölkələrimizin dostluğunun və qardaşlığının bariz göstəricisidir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Məhz iki ölkə rəhbərinin birgə səyləri nəticəsində, eləcə də tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın və qardaş ölkələrdir.

Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrə gəlincə, Səfər Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Eyni zamanda, Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahədə nailiyyətlərin əldə edilməsinə kömək göstərdiyi bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31