9,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükünü artırmağa imkan verəcək


Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükünü artırmağa imkan verəcək

19.06.2018 17:40
admin

Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükü həcmlərini artırmağa imkan verəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın "Nezavisimaya qazeta" qəzetində yer alan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyatlarının ixracatçısı rolunun möhkəmlənməsinə yönəlmiş enerji siyasətini həyata keçirir:

"Bu məsələnin həllinə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi xidmət edir. Azərbaycan-Türkiyə əməkdaşlığı yeni qaz boruları layihələrinin icrasına başlamaq imkanı verdi".

Müəllif bildirib ki, "Cənub Qaz Dəhlizi"ni formalaşdıran TANAP və TAP boru kəmərlərinin tikintisinin yekunlaşması və tam gücü ilə işə düşməsindən, eləcə də "Türk axını" layihəsinin tikintisinin başa çatmasından sonra Ankara öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək:

"Öz növbəsində, yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükü həcmlərini artırmağa imkan verəcək. Azərbaycanın enerji siyasəti Avropa İttifaqının maraqlarına cavab verir. Avropa İnvestisiya Bankı TAP-ın tikintisi üçün 1,5 milyard avro kredit ayrılmasına razılıq verib ki, bu da Avropa ölkələrinin yeni boru kəməri marşrutlarının yaradılmasında maraqlı olduğunu göstərir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *