9,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Reytinq agentliyi: 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək


Reytinq agentliyi: 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

17.06.2018 20:16
admin

Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə AKPA Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib.

Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək. Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.

Agentliyin məlumatına görə, bu dövr üçün istehlak inflyasiyası dövrün sonuna zəifləmə tendensiya ilə 6-6,5 faiz həddində olacaq: "AKPA gözləyir ki, Azərbaycan sabit-müsbət fazasına daxil olacaq, lakin iqtisadi artım təmkinli olacaq".

Azərbaycan Dövlət Statistika Komitəsinə əsasən, 2018-ci ilin yavar-aprel aylarında ölkənin ÜDM-u 1,2 faiz təşkil edib, qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Həmin dövr ərzində inflyasiya 3,5 faiz təşkil edib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *