31,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Parisdə 2025-ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakının namizədliyi üzrə təqdimat keçirilib - FOTO


Parisdə 2025-ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakının namizədliyi üzrə təqdimat keçirilib - FOTO

13.06.2018 19:32
admin

Bu gün Parisdə Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 163-cü sessiyasında təşkilatın üzv dövlətləri qarşısında 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycan Respublikasının təqdimatı dinlənilib.

Milli.Az xəbər verir ki, "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Baş nazir Novruz Məmmədov rəhbərlik edib.

Təqdimatda aşağıdakılar xüsusi vurğulanıb:

- əhalinin tam dəstək verdiyi, ölkə gənclərinin isə böyük ruh yüksəkliyi ilə maraq göstərdikləri təşəbbüslə bağlı Bakının doğru zamanda doğru məkan olmasını vurğulamaqla, Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyinə hazır olması;
- Ekspo 2025 Ümumdünya sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyəti daşıdığını vurğulamaqla, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin edilməsinin xüsusi əhəmiyyətinin diqqətə çatdırılması;
- Ümumdünya Ekspo sərgisi üçün hazırlanan baş plan Bakı şəhərinin şərq istiqamətində genişlənməsi ilə bağlı nəzərdə tutulan abadlıq işlərinin bir hissəini təşkil edir;
- Layihənin inandırıcı mövzusu - "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" - səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb edir.

BSB Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada BSB-yə üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyən edəcəklər.

Azərbaycanın maliyyə naziri, Bakı şəhərinin namizədliyi üzrə İşçi qrupunun rəhbəri Samir Şərifov təqdimatla bağlı deyib: "BSB Baş Assambleyasının Parisdə keçirilmış sessiyasında BSB-yə üzv olan bütün dövlətlərin səlahiyyətli nümayəndələrinə 2025-ci ildə Ümumdünya sərgisinə Bakının ev sahibliyinə namizədliyi ilə bağlı bugünkü təqdimata ayırdıqları vaxt, maraq və diqqətə görə minnətdarıq. Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətimiz üçün bu təqdimat azərbaycanlıların, xüsusilə gənclərimizin Ekspo 2025 Ümumdünya sərgisinə ev sahibliyi etmək arzusunda olmalarının ehtirasını əyani şəkildə çatdırmaq baxımından vacib bir imkan idi. İndi isə namizədlik kampaniyasının həlledici mərhələsinin başlanmasını səbirsizliklə gözləyirik"

Qeyd edək ki, Azərbaycan son 18 ildə altı Ekspo sərgisinə qatılmaqla Ekspo hərəkatının fəal üzvüdür. Son üç sərgidə Azərbaycanın milli pavilyonları müxtəlif nominasiyalar üzrə yüksək mükafatlara layiq görülüb.

Bakının namizədliyi uğur qazansa, 2025-ci ildə Ümumdünya Ekspo sərgisi 10 may - 10 noyabr tarixlərində, Azərbaycanın yerləşdiyi bölgədə ilk dəfə olaraq keçiriləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *