31,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycan yenə tarix yazır –


Azərbaycan yenə tarix yazır –

13.06.2018 13:49
admin

"TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub".

Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimjə çıxışında Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılıb və bir çox tədbirlər keçirilib. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmadı. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, özümüz yeni bir layihə irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP.

Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilib. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub.

Yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

"Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq. "Cənub Qaz Dəhlizi" həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Azərbaycanın dövlət başçısı Əskişəhərdə dünyaya da səsləndi: "Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq".

TANAP rəqəmləri

1805 km uzunluğu olan boru kəməri Türkiyə ərazisindən keçir;

Boru kəmərinin diametri 56 və 48 düym, dənizdə isə (Mərmərə Dənizi boyunca) diametr 36 düym təşkil edir;

Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2,700 m yüksəklikdə yerləşir;

TANAP boru kəmərindən Türkiyə qaz paylama sisteminə iki qol ayrılmışdır;

TANAP boru kəmərinin illik maksimum ötürücülük qabiliyyəti 31 milyard kubmetrə hesablanıb və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək;

TANAP Türkiyənin 20 vilayətindən - Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnədən keçir;

TANAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

7 əsas kompressor Stansiyası (KS) və Əskişəhərə ayrılan qol üçün nəzərdə tutulmuş bir kompressor stansiya;

12 təmizləyici tərtibatın buraxılma Kamerası (TTBK);

12 Təmizləyici tərtibatın qəbulu kamerası (TTQK);

49 bağlayıcı armatur stansiyası (BAS);

4 qaz sərfini xlçmə stansiyası (QSÖS) (Türkiyə/Gürcüstan sərhəddində 1, Eskişəhərə ayrılan qolda 1, Trakyaya ayrılan qolda 1, Türkiyə/Yunanıstan sərhəddində 1).

Kəmər Azərbaycanın təbii qazını Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub.

Bakının qlobal layihəsi

Azərbaycan qazının Trans-Anadolu təbii qaz boru xətti layihəsi-TANAP vasitəsilə Avropaya çatdırılması dünyanın diqqət mərkəzindədir. TANAP layihəsinin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir.

Bu gün təkcə region üçün deyil, bütövlükdə qlobal əhəmiyyətli layihə hesab edilən və  reallaşdırılması birbaşa Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən TANAP layihəsinin "Faza 0" adlanan mərhələsində işlər artıq öz finiş nöqtəsinə çatdı. Artıq  TANAP Azərbaycan təbii qazını BOTAŞ-ın Əskişəhərdəki mərkəzlərinə nəql edəcək. Beləliklə, TANAP iyun ayının 19-da istismar üçün açıq elan ediləcək.

Bu meqa layihə Azərbaycan və Türkiyə liderlərinin iradəsi ilə gerçəkləşdirilib. Eyni zamanda bu layihə büdcəsinə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət edilib. Belə meqa layihələr 75-80% gecikmə və artıq xərclər ilə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunub, həm də vaxtından əvvəl yekunlaşıb. İlkin mərhələdə 16 milyard kub metr qazın nəqlinə imkan verən TANAP-ın ötürmə qabiliyyəti daha sonra 31 mlyard kub metrə qədər artırılacaq.

Bu meqa layihənin reallığa çevrilməsi 2 dövlət bir millət olan Azərbaycan -Türkiyə strateji əlaqələrini daha da möhkəmləndirəcək. Ancaq bu layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə həm region,həm də Avropa İttifaqı ölkələri üçün də strateji önəmə sahibdir. TANAP Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi iki ölkə liderinin şəxsi iradəsinin nəticəsidir.

2012-ci ildə TANAP-ın reallaşdırılması üçün iki ölkə arasında əldə edilən razılıqdan sonra Avrasiya məkanında baş verən geosiyasi proseslər bu enerji layihəsinin həm siyasi, həm də iqtisadi əhəmiyyətini Avropa ölkələri üçün artırmış oldu. Artıq Avropa İttifaqı TANAP özünün enerji təminatında əsas alternativ olaraq görür. Eyni zamanda, bu layihə Azərbaycan üçün strateji tərəfdaş olan Türkiyənin Avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirəcək. Bununla paralel Türkiyə iqtisadiyyatının artan enerji tələbatını qarşılamaqla, qiymətlərin ən azından stabil qalmasına təsir göstərəcək. Xüsusən də TANAP-ın keçdiyi, Ərdahan, Kars, Ərzurum, Ərzincan, Bayburt, Sivas, Yozgat, Ankara , Eskişehir, Bursa kimi bölgələrin iqtisadi mövqeyini gücləndirəcək. TANAP layihəsi, təkcə inşaat sektoruna deyil, domino effekti ilə, böyük bir arealda istehsal həcmlərinin genişlənməsinə təsir edəcək.

İlkin mərhələdə TANAP üçün əsas mənbə "Şahdəniz-2" qaz yatağıdır. Ancaq yeni mənbə ölkələri üçün də TANAP-a qoşulmaq daha cəlbedicidir. İlk öncə, ona görə ki, bu, artıq real və müasir infrastruktura malik boru xəttidir. Bu kəmərə, sadəcə, tranzit haqqı ödəməklə qoşulmaq mümkündür. Əsas mənbə ölkələri isə, İran, Qazaxstan və Türkmənistan ola bilər. Qeyd edək ki, Türkmənistan öz qaz ehtiyatlarına görə dünyada ilk dördlüyə daxildir. Ancaq əsas istehlak bazarına çıxışla bağlı infrastruktur problemləri var. TransXəzər qaz boru xəttinin reallaşdırılması ilə, Türkmənistan qısa müddət ərzində böyük infrastruktura çıxış əldə edə bilər ki, bu da az xərclə böyük gəlir əldə etmək deməkdir. Bununla paralel olaraq, Azərbaycanın digər prespektivli qaz yataqlarıda TANAP üçün yeni mənbə rolunu oynaya bilər.

Azərbaycan və Türkiyənin dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən bu qlobal təşəbbüs eyni zamanda mədəniyyətə və ekoloji mühitə də müsbət təsirini göstərib. Belə ki, layihə çərçivəsində icra edilən ekoloji araşdırmalar nəticəsində bu günə qədər elm dünyası üçün məlum olmayan 9 fauna və 1 flora nümunəsi, o cümlədən 106 mədəni miras nümunələri aşkarlanaraq, müdafiəsi təmin edilib.

Bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirəcək. Belə ki, enerji mənbələrini diversifikasiyasına çalışan Avropa İttifaqı üçün Xəzər mənbəsi strateji əhəmiyyət daşıyır. "Cənub Qaz Dəhlizi"nin əsas seqmenti hesab edilən TANAP-ın reallaşdırılması, bu hədəfin reallaşmasına töhfə olacaq. Bu, eyni zamanda, regionda təhlükəsizlik və sabitlik faktorunu daha da aktuallaşdıracaq.

Keçdiyi çoğrafi relyefin müxtəlifliyinə, uzunluğuna və ötürmə qabiliyyətinə görə TANAP boru xətt dünyada təbii qazın nəqli üçün icra edilən layihələr içərisində ən böyüklərindəndi. Eyni zamanda, ilkin mərhələdə TANAP-ın ikinci "Nabucco" olacağı və sadəcə, xəyal olması haqqında fikir söyləyənlərdə xəyal qırıqlığına uğradı. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan nümayiş etdirdilər ki, siyasi iradə, xalqın dəstəyi olduğu halda, kimlərəsə yuxu kimi görsənən meqa layihələri kimsədən heç bir şey istəmədən öz imkanları ilə reallaşdırmaq mümkündür.

Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropa üçün həyatı əhəmiyyət daşıyan layihələrin işə düşməsi bu günə qədər regional təhdid olan Ermənistana qarşı təzyiqlərin artması ilə nəticələnəcək.

Məhz Ermənistan öz işğalçılıq siyasətinin nəticəsində böyük regional layihələrdən faydalanmaq imkanını tamamilə əldə vermiş oldu. Çünki bundan sonra, Ermənistan üzərindən nə dəmir yolu, nə də ki, qaz kəmərinin çəkilməsi layihələrinin heç bir iqtisadi mahiyyəti olmayacaq. Beləliklə də Azərbaycan istər nəqliyyat daşımalarında, istərsə də enerji sahəsində regional mərkəzə çevrilməklə, həm də öz lider statusunu möhkəmləndirmiş oldu.

Orxan Hun
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *